Azərbaycan və Latviya vergi sahəsində təcrübə mübadiləsi aparıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
may
2025
14:30

Azərbaycan və Latviya vergi sahəsində təcrübə mübadiləsi aparıb

21 may, 2025
14:30
658

Azərbaycan və Latviya vergi sahəsində təcrübə mübadiləsi aparıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayevanın rəhbərlik etdiyi nümayəndə heyəti vergi sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparmaq üçün Latviyada səfərdə olub.

"Report" quruma istinadən xəbər verir ki, S.Musayeva Latviyanın Dövlət Gəlirləri Xidmətinin baş direktoru Bayiba Şmite Roçe ilə görüşüb, Xidmətin tətbiq etdiyi vergi nəzarəti prosesinin və risklərin idarə edilməsi, vergi öhdəliklərinə nəzarət, hüquqi prosedurların tətbiqi və s. məsələlərlə bağlı təqdimatlar keçirilib.

Öz növbəsində, Azərbaycan nümayəndələri vergi ödəyicilərinə göstərilən xidmətlər və onların təkmilləşdirilməsi, vergi mübahisələri və məhkəmə çəkişmələri, süni intellekt və informasiya texnologiyalarından istifadə, eləcə də digər mövzularda təqdimatlarla çıxış ediblər.

Bizimlə əlaqə saxlayın