Gürcüstana dəmir yolu ilə daxil olmuş yüklərdə Azərbaycanın payı açıqlanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
may
2025
15:30

Gürcüstana dəmir yolu ilə daxil olmuş yüklərdə Azərbaycanın payı açıqlanıb

20 may, 2025
15:30
830

Gürcüstana dəmir yolu ilə daxil olmuş yüklərdə Azərbaycanın payı açıqlanıb

Bu ilin yanvar-mart aylarında Gürcüstan ərazisinə daxil olan dəmir yolu yüklərinin 23,2 %-i və yaxud 174,302 min tonu Azərbaycandan göndərilib.

“Sizinxeber.az” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, Rusiyanın payı 51 %, digər ölkələrin payı isə 25,8 % olub.

Bundan başqa, I rübdə Gürcüstanın dəmir yolları ilə 3 milyon ton yük daşınıb ki, bu da illik müqayisədə 6,8 % azdır. Ümumi yüklərin 8,4 %-i ölkədaxili, 33,6 %-i beynəlxalq, 58 %-i isə tranzit yüklərin payına düşüb.

İl ərzində yükdaşımaların 34,5 %-ni koks və emal olunmuş neft məhsulları, 20,6 %-ni kimya, kimya məhsulları və süni liflər; rezin və plastik məmulatları, 17,8 %-i metal filizləri, eləcə də mədən və karxana məhsulları, 24,9 %-nu isə digər məhsullar təşkil edib.

Bizimlə əlaqə saxlayın