KOSGEB: Türkiyədə “yaşıl transformasiya” üzrə təşəbbüslər KOB-ların dəstəklənməsi üçün əhəmiyyətlidir
sizinxeber.az xəbər saytı

KOSGEB: Türkiyədə “yaşıl transformasiya” üzrə təşəbbüslər KOB-ların dəstəklənməsi üçün əhəmiyyətlidir


Türkiyədə “yaşıl transformasiya” istiqamətində həyata keçirilən dövlət təşəbbüsləri və siyasət sənədləri, xüsusilə KOB-ların dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Türkiyə Ticarət Nazirliyinin Kiçik və Orta Müəssisələri İnkişaf etdirmə və Dəstəkləmə İdarəsinin (KOSGEB) nümayəndəsi Emre Gürleyk Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Biznes Şurasının 8-ci Plenar iclasında bildirib.

Onun sözlərinə görə, Türkiyədə “yaşıl transformasiya” sahəsində aparılan islahatlar və qəbul edilən dövlət proqramları ölkənin iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişini təmin edir: “Bu çərçivədə xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin (KOB-ların) dəstəklənməsi əsas prioritetlərdən biri olaraq ön plana çıxır. Belə ki, Türkiyənin 2021-ci ildə qəbul etdiyi Yaşıl Yenidənqurma Planı sənaye sahəsində texnoloji inkişafı təşviq etməklə yanaşı, ekoloji etiketlənmə və tullantı idarəçiliyi kimi sahələrdə də maarifləndirməni nəzərdə tutur".

E. Gürleyk vurğulayıb ki, 2015-ci ildə BMT tərəfindən qəbul edilən Davamlı İnkişaf Məqsədləri (DİM) iqlim dəyişikliyi ilə mübarizə, təmiz enerji və enerji səmərəliliyi sahələrini də əhatə edən qlobal çağırışlardır. Paris Sazişi isə iştirakçı ölkələrin istixana qazı emissiyalarını azaltmaq və iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaq üçün birgə fəaliyyət öhdəliyini təsbit edir. Türkiyə Paris Sazişini 2021-ci ildə prezident fərmanı ilə ratifikasiya edib və 2053-cü il üçün xalis sıfır emissiya hədəflərini müəyyən edib".

O qeyd edib ki, Türkiyə Yaşıl Sənaye Layihəsi (2023–2029) sənaye müəssisələrinin “yaşıl transformasiya”sına dəstək vermək üçün Sənaye və Texnologiya Nazirliyi, KOSGEB və Türkiyə Elmi Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən həyata keçirilir: “Layihə üçün ümumi büdcə 450 milyon ABŞ dolları nəzərdə tutulur. Bunun 250 milyon ABŞ dolları KOSGEB vasitəsilə sənaye KOB-larına təqdim olunacaq".

Oxşar xəbərlər

Azərbaycanda rəqəmsal transformasiya və innovasiyalar üzrə forum keçiriləcək
Orxan Məmmədov: "KOB-ların "yaşıl transformasiyası" vacib məsələdir"
Orxan Məmmədov: "KOB-ların yaşıl transformasiya sahəsindəki problemləri universal xarakter daşıyır"
Orxan Məmmədov: "KOB-lara praktiki dəstək üzərində fokuslanmışıq"
KOBİA "yaşıl iqtisadiyyat"a və iqlim dəyişikliyi ilə mübarizəyə dair qlobal təşəbbüslə çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər