
Ümumdünya Poçt İttifaqı ilə e-ticarət və poçt daşımalarının gələcək inkişafı müzakirə edilib

Ümumdünya Poçt İttifaqı ilə e-ticarət və poçt daşımalarının gələcək inkişafı müzakirə edilib
Azərbaycan və Ümumdünya Poçt İttifaqı (UPİ) arasında E-ticarət və poçt daşımalarının gələcək inkişafı müzakirə edilib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" səhifəsində yazıb.
"UPİ-nin Baş direktorunun müavini cənab Marjan Osvald ilə görüşdük. UPİ ilə əməkdaşlığın genişləndirilməsi barəsində fikir mübadiləsi apardıq. E-ticarət və poçt daşımalarının gələcək inkişafını müzakirə etdik.
Həmçinin bu ilin 7-19 sentyabr tarixlərində Dubayda təşkil olunacaq 28-ci Konqres zamanı keçiriləcək seçkilərdə Azərbaycanın ÜPİ-nin İnzibati Şura və Poçt İstismarı Şurası üzvlüyünə namizədliyinin irəli sürüldüyünü qeyd etdik", - R.Nəbiyev qeyd edib.