ABŞ-nin konsaltinq şirkəti ilə ölkə iqtisadiyyatında ixracın artırılması müzakirə edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
14 
may
2025
20:30

ABŞ-nin konsaltinq şirkəti ilə ölkə iqtisadiyyatında ixracın artırılması müzakirə edilib

14 may, 2025
20:30
422

ABŞ-nin konsaltinq şirkəti ilə ölkə iqtisadiyyatında ixracın artırılması müzakirə edilib

Azərbaycan və ABŞ-nin menecment konsaltinq şirkəti "Oliver Wyman Group" arasında biznes mühitində mövcud çağırışlar fonunda ölkə iqtisadiyyatında ixracın artırılması müzakirə edilib.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) İllik Toplantısı çərçivəsində "Oliver Wyman Group"un sənaye üzrə qlobal rəhbəri Ted Moynihanla görüşdük. Biznes mühitində mövcud çağırışlar fonunda ölkə iqtisadiyyatında əlavə dəyərin və ixracın artırılması, investisiyaların cəlbi istiqamətində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq", - o qeyd edib.

Bizimlə əlaqə saxlayın