Azərbaycan Aİ əməkdaşlığının bir sıra sahələrdə genişləndirilməsi təklif edilir
Azərbaycan Aİ əməkdaşlığının bir sıra sahələrdə genişləndirilməsi təklif edilir
Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının bir sıra sahələrdə genişləndirilməsi müzakirə edilib.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, bu barədə müzakirələr Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə baş direktoru Gert Yan Koopman ilə görüşdə aparılıb.
“Gert Yan Koopman ilə görüşmək xoş oldu. Azərbaycan-Aİ əməkdaşlığının "yaşıl enerji", rəqəmsal iqtisadiyyat və dayanıqlı həllər istiqamətində genişləndirilməsinin əhəmiyyəti vurğulanıb”, - M. Cabbarov bildirib.
Avropa Komissiyasının () Qonşuluq və Genişlənmə Danışıqları üzrə baş direktoru cənab Gert Yan Koopman () ilə görüşmək xoş oldu. Aİ - əməkdaşlığının , rəqəmsal və dayanıqlı həllər istiqamətində genişləndirilməsinin…
— Mikayil Jabbarov (@MikayilJabbarov)