Azərbaycan və Belarus biznesi arasında müqavilələr imzalanıb
sizinxeber.az xəbər saytı

Azərbaycan və Belarus biznesi arasında müqavilələr imzalanıb


Bakıda keçirilən Azərbaycan-Belarus biznes forumu çərçivəsində bir sıra sazişlər imzalanıb.

"Sizinxeber.az" xəbər verir ki, forum zamanı Belarus Universal Əmtəə Birjası ilə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum, "Mostovdrev" və "Sosna" şirkətləri arasında məhsul tədarükünə dair üç müqavilə, "Kamvol" və "Smart Style" şirkətləri arasında məhsul tədarükünə dair müqavilə, "Spartak" və "AZNUR" şirkətləri arasında məhsul tədarükünə dair müqavilə, "Minsk Süd Zavodu №1" və "AZNUR" arasında əməkdaşlıq haqqında saziş, "Minsk Süd Zavodu №1" və "Araz Supermarket" arasında əməkdaşlıq haqqında saziş, "Mark Formel" və "N-Qrup" arasında niyyət sazişləri imzalanıb.

Tədbirdə həmçinin Azərbaycanda fəaliyyət göstərəcək birja brokerinə sertifikat təqdim edilib. "SAMA-ZT" MMC şirkəti artıq 2 ildir birjada fəaliyyət göstərir. Şirkət, Belarus taxta-şalban məhsullarının alınması üzrə uğurlu əməliyyat təcrübəsinə malikdir və indi Azərbaycanda birja ticarətində ölkə şirkətlərinin maraqlarını təmsil edəcək ilk birja brokeri olacaq.

Foto: Məhəmməd Ağayev

Oxşar xəbərlər

Azərbaycan və Belarus traktor tədarükü üzrə əməkdaşlığın inkişafına dair Memorandum imzalayıb
Azərbaycan-Belarus sənədləri imzalanıb
Azərbaycanla Belarus arasındakı əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb
Azərbaycan və Belarus arasında baytarlıq sahəsində əməkdaşlığa dair sənəd imzalanıb
Azərbaycan sahibkarları Belarusdakı tenderlərdə iştirak edə biləcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle