Nazirlik rəsmisi: "Rəqəmsallaşma və İT ixtisasları üzrə artım dinamikası daha çoxdur" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
apr
2025
17:30

Nazirlik rəsmisi: "Rəqəmsallaşma və İT ixtisasları üzrə artım dinamikası daha çoxdur"

28 apr, 2025
17:30
594

Nazirlik rəsmisi: "Rəqəmsallaşma və İT ixtisasları üzrə artım dinamikası daha çoxdur"

Azərbaycanda hər il dövlət sifarişi əsasında ayrılan ixtisaslarda rəqəmsallaşma və informasiya texnologiyaları (İT) üzrə ixtisasların artım dinamikasının daha yüksək olduğu müşahidə edilir.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov Bakıda "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfranda bildirib.

Onun sözlərinə görə, "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda insan kapitalının inkişafı üçün iki strateji xətt müəyyənləşdirilib:" Bunlardan biri təhsilin yeni məzmununun formalaşdırılması ilə bağlıdır. İkincisi isə mövcud insan resurslarının yenidən kvalifikasiya olunmasıdır. Bu xətlərin hər ikisinin bərabər şəkildə aparılması vacibdir".

Şöbə müdiri qeyd edib ki, hər il ortamüddətli dövrdə dövlət sifarişinin proqnozlaşdırılması zamanı İqtisadiyyat Nazirliyi hər il bakalavriat və magistratura səviyyəsində bir çox tələbənin dövlət sifarişi əsasında təhsil alması proqnozları hazırlayır: "Bunlar hazırlayarkən əmək bazarının mövcud vəziyyətini nəzərə alırıq. Burda ən vacib məsələlərdən biri gələcəkdə rəqəmsal ixtisasların artımıdır. Hər il dövlət sifarişinin çəkisinə baxsaq, rəqəmsallaşma və İT ilə bağlı ixtisasların artım faizinin daha ciddi olduğunu görərik. İkinci starteji xətt - mövcud bacarıqların inkişafı istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlığımız davam edir”.

Bizimlə əlaqə saxlayın