Yılmaz Okuklu: "TDT-yə üzv ölkələrin məhsullarının brend dəyəri aşağıdır" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
apr
2025
17:00

Yılmaz Okuklu: "TDT-yə üzv ölkələrin məhsullarının brend dəyəri aşağıdır"

25 apr, 2025
17:00
570

Yılmaz Okuklu: "TDT-yə üzv ölkələrin məhsullarının brend dəyəri aşağıdır"

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin məhsullarının brend dəyəri çox aşağıdır.

“Sizinxeber.az” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türk Ticarət Mərkəzinin (TTM) direktoru Yılmaz Okuklu deyib.

“Məsələn, Avropada istehsal edilən ayaqqabı 500 manat, Azərbaycan şirkətlərinin eyni məhsulu 5 manat olur. Biz keyfiyyətli məhsullar istehsal edirik. Bunu dünyaya çatdırdıqdan sonra bizim məhsulların da brend dəyəri artacaq. Bu istiqamətdə çalışmalıyıq. TTM real sektorun inkişafı ilə müxtəlif təkliflər verib”, - o vurğulayıb.

Y.Okuklu əlavə edib ki, Azərbaycanda Türk Ticarət Mərkəzinə status veriləcəyi təqdirdə Azərbaycan ilə Türkiyə arasında ticarət əlaqələri daha yüksək səviyyəyə çatacaq.

Bizimlə əlaqə saxlayın