Bakıda "MiniBoss Business School Baku"nun 5-ci Startap Forumu keçirilir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
apr
2025
11:30
0
0
1 112

Bakıda "MiniBoss Business School Baku"nun 5-ci Startap Forumu keçirilir

12 apr, 2025
11:30
1 112

Bakıda "MiniBoss Business School Baku"nun 5-ci Startap Forumu keçirilir

Bu gün Azərbaycanın ən önəmli biznes təhsil tədbirlərindən biri olan 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında 5-ci Startap Forumu keçirilir.

“Sizinxeber.az” xəbər verir ki, təşkilatçısı "MiniBoss Business School Baku" olan bu tədbir artıq Azərbaycanda sahibkarlıq sahəsində yeni bir ənənəyə çevrilib.

Bu il Forumda 22 komanda iki istiqamət üzrə — SIFE (“Startups in Innovative Free Entrepreneurship”) və SAGE (“Startups for the Advancement of a Global Environment”) kateqoriyalarında biznes layihələrini yerli biznes ictimaiyyətinin tanınmış sahibkarlar və investorlara nümayiş etdirirlər.

Qeyd edək ki, SIFE — sərbəst sahibkarlıq üzrə yaradılan startaplardır, SAGE isə qlobal ətraf mühitin inkişafına yönəlmiş layihələrdir.

Foto: Məhəmməd Ağayev

Bizimlə əlaqə saxlayın