Türkiyə şirkəti rəsmisi: "Rəqəmsal ipək yolu" Azərbaycan markalarının tanınması üçün fürsətdir" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
apr
2025
12:00

Türkiyə şirkəti rəsmisi: "Rəqəmsal ipək yolu" Azərbaycan markalarının tanınması üçün fürsətdir"

09 apr, 2025
12:00
719

Türkiyə şirkəti rəsmisi: "Rəqəmsal ipək yolu" Azərbaycan markalarının tanınması üçün fürsətdir"

"Rəqəmsal ipək yolu" Azərbaycan markalarının qlobal miqyasda tanınması üçün fürsətdir.

"Report" xəbər verir ki, bunu "Turkcell Global Bilgi" şirkətinin Biznesin İnkişafı və Müştəri İdarəetməsi üzrə baş direktor müavini Hande Zop Erol Bakıda keçirilən “E-Commerce Day of Azerbaijan 2025” tədbirində bildirib.

"Bu, həm də Azərbaycan üçün önəmli bir yoldur. Azərbaycanı bu rəqəmsal səyahətdə tam dəstəkləyir, bu sahədə daha da güclənərək regional mərkəzə çevrilməsini istəyirik", - deyə o qeyd edib.

Bundan başqa, qonaq əlavə edib ki, Azərbaycanda əhalinin 80 %-dən çoxunun internetə çıxışı var, 2023-cü ildə ölkədə elektron ticarət 40 %-dən çox artım nümayiş etdirib.

Bizimlə əlaqə saxlayın