sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycanda daha 76 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
Aprelin 22 və 24-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərraclar keçirəcək.
"Report" quruma istinadən xəbər verir ki, 1-ci hərraca 64 nəqliyyat vasitəsi, 5 texnika və 5 qoşqu çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 1983-2018-ci illəri əhatə edir.
2-ci hərraca isə 12 nəqliyyat vasitəsi çıxarılacaq. Alman istehsalı olan avtomobillərin buraxılış tarixləri 2013-2014-cü illəri əhatə edir.
Hərraca çıxarılan dövlət əmlaklarının tam siyahısı ilə linki vasitəsilə tanış olmaq olar.
İştirak etmək istəyənlər “” və “” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.
Oxşar xəbərlər
Azərbaycanda daha 29 dövlət əmlakı hərraca çıxarılacaq
Əmlak Məsələləri Dövlət Xidməti növbəti hərracları elan edib
Ucuz maşınlar satışda!
Azərbaycanda daha 4 nəqliyyat vasitəsi özəlləşdirilib
Azərbaycanda daha 18 nəqliyyat vasitəsi özəlləşdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













