Azərbaycan-İspaniya biznes forumu çərçivəsində əməkdaşlığa dair saziş imzalanacaq
sizinxeber.az xəbər saytı

Azərbaycan-İspaniya biznes forumu çərçivəsində əməkdaşlığa dair saziş imzalanacaq


Bu gün Azərbaycan və İspaniya arasında ikitərəfli münasibətləri gücləndirəcək və gələcək tərəfdaşlıqlar üçün katalizator olacaq əməkdaşlıq sazişi imzalanacaq.

“Report” xəbər verir ki, bu barədə İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi Mariya Amparo Lopes Senovilya Bakıda keçirilən Azərbaycan-İspaniya biznes forumunda bildirib.

"Ümid edirik ki, bu gün imzalayacağımız saziş münasibətlərin möhkəmləndirilməsi üçün təməl, gələcək sazişlər və tərəfdaşlıq münasibətləri üçün katalizator olacaq. Belə tədbirlərin daha çox özəl şirkətlərin iştirakı ilə müntəzəm olaraq keçiriləcəyinə ümidvarıq", - o qeyd edib.

Dövlət katibinin sözlərinə görə, bu forum iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün əla fürsətdir.

"İnanırıq ki, azərbaycanlı həmkarlarımız innovasiyaları tətbiq etməyə, uyğunlaşmağa və ən aktual sektorlarda liderliyi davam etdirməyə qadirdir. İspaniya hökuməti Azərbaycana dəstəyini davam etdirəcək", - o bildirib.

Oxşar xəbərlər

İspaniyanın ticarət üzrə dövlət katibi gələn həftə Azərbaycana səfər edəcək
İspaniya biznesi Azərbaycanla ticarət və investisiya əməkdaşlığının inkişafında maraqlıdır
Azərbaycan və İspaniya iqtisadi əməkdaşlıq perspektivlərini müzakirə edib
Marta Blanko: "Əməkdaşlığın dərinləşdirilməsi biznes üçün yeni imkanlar açır"
İspaniya şirkətləri Azərbaycanın kənd təsərrüfatı sahəsində iştiraklarını genişləndirməyi planlaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle