Bakıda bəzi avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
mar
2025
19:00

Bakıda bəzi avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb

07 mar, 2025
19:00
721

Bakıda bəzi avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb

 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda 91, 145 və 147 nömrəli şəhərdaxili və şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qaliblərini müəyyən edib.

Bu barədə "Sizinxeber.az"a AYNA-dan məlumat verilib.

Belə ki, 91 nömrəli şəhərdaxili avtobus marşrutu Binəqədi rayonunun Nicat Mustafayev küçəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirir, 145 nömrəli şəhərətrafı avtobus marşrutu Mehdiabad qəsəbəsini “Ulduz” metrostansiyası ilə birləşdirir, 147 nömrəli şəhərətrafı avtobus marşrutu isə Məmmədli qəsəbəsini “Azadlıq prospekti” metrostansiyası ilə əlaqələndirir. 

Bildirilib ki, 91 nömrəli və 145 nömrəli şəhərətrafı marşrutlar üzrə hüquqi şəxs “Çinar-Trans” MMC, 147 nömrəli marşrut üzrə “BakuBus” MMC qalib elan olunub.

Bizimlə əlaqə saxlayın