Bəzi avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
mar
2025
18:30

Bəzi avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb

07 mar, 2025
18:30
802

Bəzi avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb

Binəqədi rayonunun Nicat Mustafayev küçəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 91 nömrəli şəhərdaxili, Mehdiabad qəsəbəsini “Ulduz” metrostansiyası ilə birləşdirən 145 nömrəli, eləcə də Məmmədli qəsəbəsini “Azadlıq prospekti” metrostansiyası ilə əlaqələndirən 147 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Bu barədə "Report"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, 91 nömrəli şəhərdaxili və 145 nömrəli şəhərətrafı marşrutlar üzrə hüquqi şəxs “Çinar-Trans” MMC, 147 nömrəli şəhərətrafı marşrut üzrə “BakuBus” MMC komissiya üzvləri tərəfindən qalib elan olunub.

Bizimlə əlaqə saxlayın