Səfir: "Azərbaycanın işgüzar dairələrinin Latviyaya marağı artır" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
mar
2025
11:00

Səfir: "Azərbaycanın işgüzar dairələrinin Latviyaya marağı artır"

04 mar, 2025
11:00
867

Səfir: "Azərbaycanın işgüzar dairələrinin Latviyaya marağı artır"

Latviya və Azərbaycan siyasi və ticarət əlaqələrinin möhkəmləndirilməsi məqsədilə əməkdaşlığı fəal şəkildə davam etdirir.

“Report” xəbər verir ki, bunu Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya "Mərkəzi Baltik və Azərbaycan" adlı biznes forumda qeyd edib.

Onun sözlərinə görə, ölkələr arasında münasibətlər inkişaf edir, qarşılıqlı ticarətin həcmi artır.

"Münasibətlərimizə gəlincə, deməliyəm ki, dostluğumuz və ticarət əlaqələrimiz güclənir. Ticarət etdiyimiz məhsulların çeşidi genişlənir və Azərbaycanın işgüzar dairələrinin Latviyaya marağı artır. Bu, bizi həm siyasi, həm də iqtisadi münasibətlərimizdə yeni imkanlara yönəldir ki, bu da xalqlarımızın rifahına töhfə verir", - səfir bildirib.

Bizimlə əlaqə saxlayın