Azərbaycan və İordaniya Əbu-Dabidə keçiriləcək biznes konfransında əməkdaşlığı müzakirə edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
fev
2025
13:00

Azərbaycan və İordaniya Əbu-Dabidə keçiriləcək biznes konfransında əməkdaşlığı müzakirə edib

19 fev, 2025
13:00
825

Azərbaycan və İordaniya Əbu-Dabidə keçiriləcək biznes konfransında əməkdaşlığı müzakirə edib

Gələn həftə Əbu-Dabidə Mərkəzi Asiya ölkələri və Azərbaycan nümayəndələrinin iştirakı ilə keçiriləcək ərəb iş adamları və investorların konfransı iqtisadi əlaqələrin möhkəmləndirilməsi və birgə investisiya imkanlarının öyrənilməsi üçün platforma olacaq.

“Report” “The Jordan Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə İordaniya İş Adamları Assosiasiyasının sədri Həmdi Tabba Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimovla görüşü zamanı bildirib.

Tərəflər iqtisadi, investisiya və ticarət əlaqələrinin möhkəmləndirilməsi perspektivlərini müzakirə edib, qarşılıqlı əməkdaşlığın inkişafında özəl sektorun rolunu vurğulayıblar.

Tabba hər iki ölkənin özəl sektor nümayəndələri arasında işgüzar görüşlərin aktivləşdirilməsinin, ticarət mübadiləsinin genişləndirilməsinin və energetika, informasiya texnologiyaları və “yaşıl iqtisadiyyat” kimi əsas sektorlarda əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Səfir İordaniya və Azərbaycanın işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsi yolu ilə ticarətin həcminin artırılmasının və perspektivli investisiya imkanlarının təqdim edilməsinin vacibliyini qeyd edib.

Bizimlə əlaqə saxlayın