Azərbaycanlı gənc yüksək vəzifəyə təyin olundu » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
fev
2025
10:30

Azərbaycanlı gənc yüksək vəzifəyə təyin olundu

06 fev, 2025
10:30
764

Azərbaycanlı gənc yüksək vəzifəyə təyin olundu

Azərbaycanlı gənc Elnur Əliyev “Franklin Offshore International” şirkətində region üzrə direktor vəzifəsinə təyin olunub. O, bu vəzifəyə təyin edilməklə yanaşı, holdinqin müşahidə şurasında da mövqeyə sahib olub.

Xatırladaq ki, “Franklin Offshore” şirkəti 1984-cü ildə yaranıb. Şirkət dəniz və okeanlarda aparılan tikinti və mühəndislik xidmətləri üzrə dünyada aparıcı olan müəssisələrdən biridir. Şirkətin əsas istiqamətlərindən biri də gəmilərin tikintisi və təmiri xidmətləridir.

E/Əliyev 2011-2015-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasını Hüquqşünaslıq və İdarəetmə ixtisası üzrə bakalavr dərəcəsini yüksək nəticələrlə başa vurub. Daha sonra isə Birləşmiş Krallıqda yerləşən “University of Edinburgh” universitetində magistr təhsili alıb.

Ailəlidir və bir övladı var.

E.Əliyevin bu vəzifəyə təyin edilməsi onun dünyada gənc mütəxəssislər arasında daha da tanınmasına səbəb olacaq.

Bizimlə əlaqə saxlayın