İqtisadiyyat nazirinin müavini Xızıda vətəndaşları qəbul edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
yan
2025
16:30

İqtisadiyyat nazirinin müavini Xızıda vətəndaşları qəbul edib

30 yan, 2025
16:30
913

İqtisadiyyat nazirinin müavini Xızıda vətəndaşları qəbul edib

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Xızı şəhərində Xızı və Abşeron rayonlarından olan vətəndaşları qəbul edib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, qəbula gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı, güzəştli kredit, işlə təmin olunma və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib, sorğu xarakterli müraciətlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.

Bizimlə əlaqə saxlayın