DVX: Təsərrüfat obyektləri vergi orqanında uçota alındıqdan sonra bazarda fəaliyyət göstərə biləcək
sizinxeber.az xəbər saytı

DVX: Təsərrüfat obyektləri vergi orqanında uçota alındıqdan sonra bazarda fəaliyyət göstərə biləcək


Bu ilin okntyabr ayından Azərbaycanda bazarda icarəçilərin faktiki olaraq fəaliyyət göstərməsi vergi orqanında uçota alındıqdan sonra mümkün olacaq.

"Sizinxeber.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.

Məlumata görə, “Kölgə iqtisadiyyatı” ilə sistemli mübarizə aparılması, vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi istiqamətində mühüm yeniliklərdən biri bazarlara nəzarət üzrə vergi qanunvericiliyində dəyişikliklərin edilməsi ilə bağlıdır.

Dəyişikliklərə əsasən, bazarlarda icarəçilərin faktiki olaraq fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdüyü obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra mümkün olacaq. Bu öhdəliyin təmin edilməsi bazar mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir. Bununla yanaşı, bazarlarda daşınmaz əmlaklar sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat obyektinin girişində onun vergi orqanında uçota alınması ilə bağlı informasiyanın, yəni vergi ödəyicisinin adı və VÖEN-i göstərilən məlumatın yerləşdirilməsi nəzərdə tutulur.

Qanunvericiliyin yeni tələblərinə əsasən, bazarların mülkiyyətçiləri tərəfindən icarə müqaviləsinə xitam verilmiş, fəaliyyətini dayandıran, eləcə də fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə məlumat formasının rübdə 1 dəfə vergi orqanlarına təqdim edilməsi ilə bağlı vəzifə də müəyyən edilib. Dəyişikliklər kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarlarına aid deyil.

Qeyd edək ki, bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlı Vergi Məcəlləsinə edilmiş bu dəyişikliklər Qanun qəbul edildikdən 9 ay sonra qüvvəyə minəcək. Bundan başqa, bazarların mülkiyyətçiləri tərəfindən növbəti 6 ay ərzində vergi orqanında uçota alınmamış təsərrüfat obyektinin və həmin obyekti icarəyə götürənlərin vergi orqanında uçota alınması təmin edilməlidir.

"Dəyişikliklər qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısının alınması və uçot intizamının gücləndirilməsinə, dövlət büdcəsinə ödənişlərin tam və vaxtında həyata keçirilməsinə, eləcə də istehlakçı hüquqlarının təmin olunmasına öz töhfəsini verəcək. Belə ki, dəyişikliklər nəticəsində bazarlarda uçotsuz fəaliyyət göstərən şəxslərin qarşısının alınması mümkün olacaq. Bu, öz növbəsində, icarə haqlarının rəsmiləşdirilməsinə gətirib çıxaracaq, bazar mülkiyyətçisi bazarın qanunauyğun şəkildə fəaliyyət göstərməsində maraqlı olacaq və şəffaflaşma prosesinə təkan veriləcək", - DVX hesab edir.

Oxşar xəbərlər

Nazirlər Kabineti vergi orqanındakı məlumatlara çıxışla bağlı qaydaları təsdiqləyib
Azərbaycanda ötən il vergi ödəyicilərinə xidmət mərkəzlərində 631 mindən çox şəxs qəbul edilib
Bazarlara vergi nəzarəti gücləndirilir: Qanunsuz sahibkarlığı dəstəkləyənlərə qarşı sanksiyalar
Azərbaycanda icarə münasibətlərində vergi öhdəliyinin icrası sadələşdirilib
Naxçıvanda 9 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 32 minə yaxın şəxs qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər