29
mar
2024
10:20
yuxarı
Azərbaycan Səudiyyə Ərəbistanında beynəlxalq ərzaq sərgisinə qatılacaq
Azərbaycan Səudiyyə Ərəbistanında beynəlxalq ərzaq sərgisinə qatılacaq
Azərbaycan mayın 21-23-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək “The Saudi Food Show 2024" beynəlxalq ərzaq sərgisində iştirak edəcək.
“Sizinxeber.az” xəbər verir ki, bununla bağlı İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) hazırlıqlara başlayıb.
Sərgiyə 97 ölkədən 1 000-dən çox iştirakçının qatılacağı gözlənilir.