Azərbaycan Biznesinin İnkişafı Fondu zərərlə işləyən kredit təşkilatları ilə əməkdaşlıq etməyəcək
sizinxeber.az xəbər saytı

Azərbaycan Biznesinin İnkişafı Fondu zərərlə işləyən kredit təşkilatları ilə əməkdaşlıq etməyəcək


Azərbaycan Biznesinin İnkişafı Fondunun müvəkkil təşkilatlara dair tələblər məlum olub.

"Sizinxeber.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Fondun vəsaitindən istifadə qaydasında öz əksini tapıb.

Qaydaya əsasən, Fondun dəstək mexanizmlərinin həyata keçirilməsində iştirak üçün müvəkkil təşkilatlara dair aşağıdakı tələblər müəyyən edilir:

- müvəkkil təşkilatın 3 illik fəaliyyət təcrübəsinin olması;

- müvəkkil təşkilatın son 2 maliyyə ili ərzində mənfəətlə fəaliyyət göstərməsi;

- Müvəkkil təşkilatların seçilməsi meyarlarını Fondun Müşahidə Şurası təsdiq edir.

Maliyyə bazarlarına nəzarət orqanının məcmu kapitalın məbləği, məcmu kapitalın adekvatlıq əmsalı, leverec əmsalı və ani likvidlik əmsalı üzrə müəyyənləşdirdiyi normativlərin tələblərini pozan banklar, nizamnamə kapitalının məbləği üzrə müəyyən etdiyi normativlərin tələblərini pozan bank olmayan kredit təşkilatları (BOKT) və nizamnamə kapitalının məbləği, kapitalın adekvatlıq əmsalı, aktiv və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu üzrə müəyyən etdiyi normativlərin tələblərini pozan kredit ittifaqları Fondun müvəkkili ola bilməzlər.

Oxşar xəbərlər

“Azərbaycan Biznesinin İnkişafı Fondunun Nizamnaməsi” təsdiq edilib
Azərbaycan Biznesinin İnkişafı Fondunun idarəetmə orqanları məlum olub
Bu il SİF sahibkarlara 212 milyon manata yaxın güzəştli kredit verib
Naxçıvanda Sahibkarlığın İnkişafı Fondu müvəkkil banklarının sayını artırıb
Azərbaycan sahibkarları dövlət zəmanəti ilə 500 milyon manatdan artıq güzəştli kredit alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər