Azərbaycanda ətriyyat-kosmetika satıcıları ilə bu sahədəki çatışmazlıqlar müzakirə edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
dek
2024
14:00

Azərbaycanda ətriyyat-kosmetika satıcıları ilə bu sahədəki çatışmazlıqlar müzakirə edilib

16 dek, 2024
14:00
750

Azərbaycanda ətriyyat-kosmetika satıcıları ilə bu sahədəki çatışmazlıqlar müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycanda ətriyyat-kosmetika vasitələrinin satışını həyata keçirən sahibkarlarla bu sahədə mövcud olan çatışmazlıqlar və onların həlli yollarını müzakirə edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Dövlət xidməti məlumat yayıb.

Bildirilib ki, ətriyyat-kosmetika vasitələrinin satışını həyata keçirən sahibkarlarla görüşdə istehlakçıların daha çox qarşılaşdığı problemlər barədə ətraflı müzakirələr aparılıb.

Bildirilib ki, görüşdə ətriyyat-kosmetika vasitələrinin üzərində göstərilməli olan məlumatlar barədə sahibkarlara qanunvericiliyin tələbləri izah olunub, istehlakçıların qarşılaşdığı problemlər müzakirə olunub:

Dövlət Xidmətində istehlak bazarında satılan ətriyyat-kosmetika vasitələri ilə bağlı müşahidə olunan pozuntuların dövlət-özəl tərəfdaşlığı çərçivəsində müzakirəsi və onların aradan qaldırılması məqsədilə ətriyyat-kosmetika vasitələrinin satışını həyata keçirən sahibkarlarların iştirakı ilə maarifləndirici görüş keçirilib.

Məlumata görə, görüşdə ətriyyat-kosmetika vasitələrinin üzərində istehlakçılar üçün Azərbaycan dilində zəruri məlumatların yerləşdirilməsi, məhsulların üzərində yararlılıq müddətinin göstərilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, həmçinin ətriyyat-kosmetika mallarının satışı xüsusiyyətlərinə dair Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın tələbləri sahibkarların diqqətinə çatdırılıb.

Eyni zamanda sahibkarlara istehlakçı hüquqlarının qorunması, müştəri məmnuniyyətinin təmin olunması və qanunvericiliyin tələblərinə ciddi əməl olunması ilə bağlı tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Bizimlə əlaqə saxlayın