“Trendyol”un dəstəyi ilə Azərbaycan rəssamlarının əsərləri Türkiyədə sərgiləndi
Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması “Trendyol”un dəstəyi ilə azərbaycanlı gənc rəssamların əsərləri Türkiyənin ən önəmli mədəniyyət tədbirlərindən biri olan ‘’BASE 2024’’də sərgilənib.
27 noyabr -1 dekabr tarixlərində “Trendyol”un baş sponsorluğu ilə İstanbulda baş tutan sərgidə Türkiyə və Azərbaycandan olan gənc rəssamların əsərləri eyni məkanda sənətsevərlərə nümayiş etdirilib.
Azərbaycanlı gənclərin rəsm əsərləri “BASE 2024”də “Qonaq ölkə Azərbaycan: Gənclərin təsviri incəsənət yaradıcılığına bir baxış” adlı xüsusi bölmədə yer alıb.
Mədəniyyət və incəsənətə verdiyi dəstəklə seçilən şirkətin məqsədi yeni məzun olmuş rəssamların fəaliyyətlərini dəstəkləmək, onlara motivasiya vermək və əl işlərini geniş auditoriyaya çatdırmaqdır.
Türkiyə universitetlərinin təsviri incəsənət fakültələrinin buraxılış sərgisi kimi tanınan “BASE” bu il Azərbaycandan olan 14 gənc rəssamın əsərinə ev sahibliyi edib.
Onların arasında Fatimə Babazadə, Fidan Əbilova, Fidan Cəfərli, Fidan Nazimqızı, Hüseyn Cəlil, İlham Salehli, Jalə Əzizova, Kəfiya Eyvazova, Nəzrin Mütəllifli, Nigar Süleymanova, Rəvan Cabbarlı, Rüqiyyə Əlili, Şafiq Osmanov və Ülviyyə Nəbizadənin əsərləri nümayiş olunub. Rəssamlar rəngkarlıqdan fotoqrafiyaya, naxışdan toxuculuğa qədər müxtəlif istiqamətlərdə öz əsərlərini təqdim ediblər.
Trendyol texnologiyanın gücündən istifadə edərək digər sahələrdə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də müsbət təsir yaratmağı hədəfləyir. “Trendyol”un mədəniyyət sahəsində önəmli layihələrindən olan “Trendyol Sənət” Türkiyənin hər yerindən sənətsevərlərin əsərlərini bir araya gətirir. Layihə virtual dünyanın yaratdığı fürsətlərdən istifadə edərək sənətkarların zaman və məkandan asılı olmayaraq sənətə çıxışını təmin edir. Bu layihə ilə platforma 150-dən çox rəssam və 1000-ə yaxın sənət əsərini geniş auditoriyaya təqdim edir.
Trendyol artıq üçüncü ildir ki, BASE sərgisinə sponsorluq edir.
Oxşar xəbərlər
Milli İncəsənət Muzeyində "Xəzər" Biennalesi Platforması çərçivəsində sərgisi açılıb
Bakıda kişi "Trendyol"dan notbuk sifariş verdi, əvəzində gələn hər kəsi ŞOKA SALDI - İDDİA - VİDEO
Bakıda Bəhreyn rəssamlarının geniş sərgisi təşkil olunacaq
Türkiyədə Azərbaycan Mədəniyyəti Günləri təşkil ediləcək
"Trendyol" Bakıdakı yeni ofisi ilə beynəlxalq əhatəni genişləndirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Bakıda “Hyundai” markalı minik avtomobili yanıb
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
