Azərbaycanlı sahibkarlar Kabardin-Balkara səfər edəcəklər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
02 
dek
2024
17:00

Azərbaycanlı sahibkarlar Kabardin-Balkara səfər edəcəklər

02 dek, 2024
17:00
953

Azərbaycanlı sahibkarlar Kabardin-Balkara səfər edəcəklər

Kabardin-Balkar İxracın Dəstəklənməsi Regional Mərkəzi Azərbaycan sahibkarlarının iştirakı ilə revers biznes missiyası hazırlayır.

“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, biznes missiyası dekabr ayına planlaşdırılıb.

Məlumata görə, görüş çərçivəsində Azərbaycandan olan alıcı şirkətlərin nümayəndələri yerli sahibkarlarla tanış olacaqlar, əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər. Onlar üçün iş prosesi ilə tanış olmaq məqsədilə istehsal müəssisələrinə ekskursiyalar təşkil ediləcək, məhsullar sınaqdan keçiriləcək.

"Bu, Kabardin-Balkarın ev sahibliyi etdiyi ikinci revers biznes missiyadır. Görüş çərçivəsində qonaqlarımızı ət və süd məhsulları, qənnadı məmulatları və içkilərin istehsalı ilə tanış etmək istəyirik. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti sahibkarlarımızla danışıqlar aparacaq", - Kabardin-Balkarda İxracın Dəstəklənməsi Mərkəzinin mütəxəssisi Marat Kulbayev bildirib.

Bizimlə əlaqə saxlayın