Azərbaycan və Qətər iş adamlarının iştirakı ilə dəyirmi masa keçirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
okt
2024
17:30

Azərbaycan və Qətər iş adamlarının iştirakı ilə dəyirmi masa keçirilib

21 okt, 2024
17:30
644

Azərbaycan və Qətər iş adamlarının iştirakı ilə dəyirmi masa keçirilib

Dohada İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ilə Qətərin Ticarət və Sənaye Palatasının təşkilatçılığı, “Marsol Group” və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) dəstəyi, Azərbaycan və Qətər iş adamlarının iştirakı ilə Dəyirmi Masa təşkil olunub.

"Sizinxeber.az" KOBİA-ya istinadən xəbər verirk i, tədbirdə Azərbaycan və Qətərin sənaye, turizm, xidmət, İKT və s. sektorlarında fəaliyyət göstərən 60-dan çox iş adamı iştirak edib.

Dəyirmi masada çıxış edən Qətər Ticarət və Sənaye Palatasının sədr müavini Rəşid bin Hamad Əl-Əthba, Azərbaycan Respublikasının Qətər dövlətində fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri, sahibkarlıq sahəsində əməkdaşlıq, işgüzar əlaqələrin genişləndirilməsi imkanları, iş adamlarının iştirakı ilə birgə təşəbbüslərin reallaşdırılması perspektivləri barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində Azərbaycan və Qətər iş adamları arasında B2B görüşlər keçirilib, əməkdaşlıq imkanları müzakirə edilib.

Bizimlə əlaqə saxlayın