"Trendyol" Bakıdakı yeni ofisi ilə beynəlxalq əhatəni genişləndirir
Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması "Trendyol" oktyabrın 9-da Bakıdakı ofisinin açılışını edib.
Bu addım “Trendyol”un Azərbaycan bazarına sadiqliyini və inamını nümayiş etdirir.
“Biz qardaş ölkə olan Azərbaycanda çox qısa müddətdə əlamətdar uğurlara imza ata bildik. Ortaq mədəni irsi paylaşmağımız, bu ölkənin gücünə və potensialına güclü inamımız sayəsində biz özümüzü burada hər zaman evimizdə kimi hiss edirik”, - deyə "Trendyol" Qrupunun baş icraçı direktoru Erdem İnan bildirib.
Azərbaycan bazarına daxil olduğu 2023-cü ildən etibarən "Trendyol" ölkədə ən çox yüklənən və ən çox istifadə edilən e-ticarət platformasına çevrilib. Cəmi 18 ay ərzində "Trendyol" 2 milyona yaxın müştəri qazanıb.
“Beynəlxalq bazarlara doğru genişlənməmizin əvvəlindən Azərbaycanda rəqəmsal ekosistemin inkişafına əhəmiyyətli töhfə verməklə, fəaliyyət göstərdiyimiz ölkənin potensialını kəşf etmək bizim üçün önəmli idi. Biz bu dinamik bazarda böyük potensial görürük və azərbaycanlı müştərilərimizə və tərəfdaşlarımıza daha innovativ həllər, xidmətlər və imkanlar təklif etməkdən məmnunuq”, - deyə E.İnan bildirib. “Trendyol olaraq biz Azərbaycanla inkişaf edən elektron ticarətə töhfə verməyə çalışırıq. Bakı ofisinin dəstəyi və Azərbaycanda fəaliyyətimizi gücləndirməklə 2028-ci il üçün hədəfimiz ticarət həcmini 1 milyard dollara çatdırmaq, 60 milyon məhsul satmaq və 3 milyon müştərini əhatə etməkdir”, - deyə E.İnan əlavə edib.
"Trendyol" şirkəti "PAŞA Holdinq" MMC ilə strateji tərəfdaşlığa imza atıb. “PAŞA Holdinq”in müxtəlif sektorlardakı geniş bazar təcrübəsini və “Trendyol”un texnologiya, logistika və istehsal sahəsindəki güclü tərəflərini birləşdirərək, bu əməkdaşlıq Türkiyə ilə Azərbaycan arasında rəqəmsal körpünün yaradılmasına, eləcə də Azərbaycanda elektron ticarət ekosisteminin inkişafına töhfə verir.
“Trendyol kimi oyunçuların bizim iqtisadiyyata daxil olması və bu şirkətlə əməkdaşlıq etmək bizim üçün həqiqətən qürurvericidir. Şirkəti yeni ofisinin açılması münasibəti ilə təbrik edirik və əməkdaşlığımızın uğurlu olacağına inanırıq”, - deyə “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov bildirib.
Azərbaycanda rəqəmsal ekosistemi daha da inkişaf etdirmək üçün "Trendyol" müxtəlif tərəfdaşlara rəqəmsallaşma üzrə hərtərəfli təlim proqramları təqdim edəcək.
"Trendyol" müxtəlif biznes nümayəndələri, inkişaf tərəfdaşları və dövlət qurumları ilə əməkdaşlıq edərək rəqəmsallaşma, qadınların səlahiyyətləndirilməsi və keyfiyyətli təhsilin dəstəklənməsinə yönəlmiş mühüm sosial layihələrə də start verib.
Dayanıqlıq üzrə yol xəritəsi və fəaliyyət planına malik ilk Türk e-ticarət şirkəti olan "Trendyol" həmçinin Bakıda keçiriləcək COP29 sammitində iştirak edəcək ki, bu da qlobal istiləşmə ilə mübarizə üzrə gələcək öyrənmə və kollektiv səylər üçün mühüm imkan yaradacaq. COP29-a hazırlıq dövründə "Trendyol" bir sıra maarifləndirmə təşəbbüslərində fəal iştirak edib.
Oxşar xəbərlər
Azərbayacanda "Trendyol"dan alınan malları geri qaytarmaq mümkün olacaq
“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Trendyol Azərbaycandakı karqo şirkətlərindən olan şikayətləri nəzarətdə saxlayır
Birbank taksit kartı sahiblərinə şad xəbər: Trendyol ödənişlərində hissəli ödəmə imkanının müddəti uzadılıb
Dünyanın aparıcı onlayn ticarət brokeri Azərbaycanın qiymətli kağızlar bazarına daxil olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Bakıda “Hyundai” markalı minik avtomobili yanıb
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
