Azərbaycanda sahibkarlara yenidən ixrac təşviqinin ödənilməsi təklif olunur » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
okt
2024
12:00

Azərbaycanda sahibkarlara yenidən ixrac təşviqinin ödənilməsi təklif olunur

07 okt, 2024
12:00
631

Azərbaycanda sahibkarlara yenidən ixrac təşviqinin ödənilməsi təklif olunur

Azərbaycanda sahibkarlara yenidən ixrac təşviqinin ödənilməsi iş adamlarına əhəmiyyətli dəstək ola bilər.

"Report" xəbər verir ki, bunu ölkənin aparıcı holdinqlərindən birinin Baş icraçı direktoru Savaş Uzan Bakıda "KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda bildirib.

"Yaxın vaxtlara qədər qeyri-neft-qaz sektoruna aid məhsulların ixracının stimullaşdırılması məqsədilə malın dəyərinin 3-6 %-i qədər ixrac təşviqi ödənilib. Məbləğ az görünə bilər, lakin sahibkarlar üçün böyük puldur. Biz xarici bazarda rəqabətli olmaq istəyiriksə, bu kimi məsələlər nəzərə alınmalıdır. İxracatçılar ölkədə məhsullar satmaqla yanaşı, həm də ölkəyə valyuta gətirirlər", - deyə o qeyd edib.

Bununla yanaşı, biznes rəsmisi Azərbaycanda logistika subsidiyasının ödənilməsinə hazırlıq getdiyini xatırladıb.

Bizimlə əlaqə saxlayın