Sahib Ələkbərov Qusarda vətəndaşları qəbul edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
sen
2024
17:00

Sahib Ələkbərov Qusarda vətəndaşları qəbul edib

30 sen, 2024
17:00
920

Sahib Ələkbərov Qusarda vətəndaşları qəbul edib

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Qusar şəhərində Qusar, Quba və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edib.

"Report" nazirliyə istinadən xəbər verir ki, qəbula gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara əsaslandırılmış cavab və izahat verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.

Qusar şəhərində keçirilən qəbula gələn sahibkarların təklifləri müzakirə olunub, dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib.

Bizimlə əlaqə saxlayın