AZPROMO və KƏŞ Ticarət Palataları Federasiyası Anlaşma Memorandumu imzalayıb
AZPROMO və KƏŞ Ticarət Palataları Federasiyası Anlaşma Memorandumu imzalayıb
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) Ticarət Palataları Federasiyası arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanlıb.
"Sizinxeber.az" xəbər verir ki, sənədə AZPROMO-nun təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan-KƏŞ ölkələrinin 2-ci iqtisadi forumunda imza atılıb.
Memorandumda AZPROMO və KƏŞ arasında iqtisadi əlaqələrin inkişafı üçün qarşılıqlı fəaliyyətin təşviqi, Azərbaycandan Körfəz ölkələrinə və Körfəz ölkələrindən Azərbaycana investisiyaların cəlb olunmasının dəstəklənməsi, iqtisadi forumlar, sərgilər və ticarət missiyalarının təşkil edilməsi ilə bağlı əməkdaşlıq məsələləri öz əksini tapıb.