Azərbaycanın milli ESG standartının hazırlanması istiqamətində işlər görülür
sizinxeber.az xəbər saytı

Azərbaycanın milli ESG standartının hazırlanması istiqamətində işlər görülür


Azərbaycanın milli ekoloji, sosial və korporativ idarəetmə (ESG) ESG standartının hazırlanması istiqamətində işlər görülür.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Bakı KOB evi”ndə Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev və KOBİA-nın İdarə Heyətinin sədri, İşçi Qrupunun rəhbəri Orxan Məmmədovun iştirakı ilə keçirilən “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun iclasında məlumat verilib.

Bildirilib ki, milli ESG standartı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu ilə birgə Beynəlxalq Standartlaşdırma Təşkilatının texniki dəstəyi ilə hazırlanır.

Vurğulanıb ki, Qlobal İnnovasiya İndeksinin “Biznesin aparılması üçün şərait” və “Klasterlərin inkişafı” indikatorları üzrə sorğuların keçirilməsi və məlumatların yenilənməsi istiqamətində Dünya İqtisadi Forumu ilə əməkdaşlıq həyata keçirilib. Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə altqrup çərçivəsində aparılan işlər, milli ESG standartının qəbul edilməsi ESG ilə bağlı daha geniş tənzimləyici çərçivənin müəyyən edilməsinə, fəaliyyətin konkret istiqamətlər üzrə qurulmasına və gələcəkdə məqsədyönlü təşviq və stimullaşdırıcı tədbirlərin tətbiqinə imkan yaradacaq, eləcə də ölkəmizin yaşıl gündəliyinin həyata keçirilməsinə öz töhfəsini verəcək.

Oxşar xəbərlər

Azərbaycanda keyfiyyəti idarəetmə sahəsi üzrə terminologiyaya dair dövlət standartı yenilənib
“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib
Azərbaycanda bu il qiymətli metallar və qiymətli daşlara dair daha 4 dövlət standartı qəbul ediləcək
Azərbaycanda “Biznesin yerləşdiyi yer" indikatoru üzrə yeni Yol Xəritəsi təqdim edilib
“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun iclası olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər