Azərbaycan Tatarıstanın İnvestisiyaların İnkişafı Agentliyinin fəaliyyəti ilə tanış olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
sen
2024
13:00

Azərbaycan Tatarıstanın İnvestisiyaların İnkişafı Agentliyinin fəaliyyəti ilə tanış olub

10 sen, 2024
13:00
657

Azərbaycan Tatarıstanın İnvestisiyaların İnkişafı Agentliyinin fəaliyyəti ilə tanış olub

Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın Tatarıstana bölgəsinə işgüzar səfəri çərçivəsində yerli İnvestisiyaların İnkişafı Agentliyində görüş keçirib.

"Sizinxeber.az" bu barədə xüsusi nümayəndəliyə istinadən xəbər verir.

Məlumata görə, görüş zamanı Agentliyin fəaliyyəti, eləcə də Tatarıstanın investisiya potensialı, mədəni-irs obyektlərinin bərpası və tikintisi layihələrinin icrasında Tatarıstan təcrübəsi barədə məlumat verilib.

Bizimlə əlaqə saxlayın