Sektor müdiri: Qubada taxıl istehsalının 35 min tondan  çox olacağı proqnozlaşdırılır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
sen
2024
12:30

Sektor müdiri: Qubada taxıl istehsalının 35 min tondan  çox olacağı proqnozlaşdırılır

04 sen, 2024
12:30
724

Sektor müdiri: Qubada taxıl istehsalının 35 min tondan  çox olacağı proqnozlaşdırılır

Bu il Quba rayonunda taxıl istehsalının 35 min tondan çox olacağı proqnozlaşdırılır.

“Sizinxeber.az”un Şimal bürosunun məlumatına görə, bunu Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Tarverdi İsmayılov deyib.

Hazırda Quba rayonunun aran ərazilərində taxıl biçini prosesi yekunlaşsa da, dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən ucqar Söhüb kəndində biçin hələ davam edir.

Söhüblü təsərrüfat sahiblərinin sözlərinə görə, ərazidəki torpaq sahələri münbit və bərəkətli olsa da, burada uzun illər əkin işləri apara bilməyiblər. Sahələrin yerləşdiyi relyefin əlverişsizliyi səbəbindən ərazidə texnikadan yararlanmaq mümkün olmadığından, torpaqlar istifadəsiz qalırdı. Lakin son illər dövlət dəstəyi sayəsində sahələrə texnikanın çatdırılmasına imkan verən yolun çəkilməsi əkinə yararlı torpaqlardan səmərəli istifadəyə zəmin yaradıb.

Quba Dövlət Aqrar İnkişaf Mərkəzi bitkiçilik sektorunun müdiri Tarverdi İsmayılov "Sizinxeber.az"un yerli bürosuna bildirib ki, cari ildə taxıl sahələrində bir hektara düşən orta məhsuldarlıq 30 sentner təşkil edir:

"Qeyd edək ki, ötən il Qubada taxıl sahələrindən ümumilikdə 31 min ton məhsul tədarük olunub. Cari ildə isə məhsuldarlığın 35 min tondan yüksək olacağı proqnozlaşdırılır. Rayonda biçin prosesinin sentyabrın 15-dən sonra yekunlaşdırılması nəzərdə tutulub”.

Bizimlə əlaqə saxlayın