AZSTANDART-ın laboratoriyasında təkmilləşdirilmiş sınaqların tətbiqinə başlanılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
avq
2024
18:00

AZSTANDART-ın laboratoriyasında təkmilləşdirilmiş sınaqların tətbiqinə başlanılıb

26 avq, 2024
18:00
782

AZSTANDART-ın laboratoriyasında təkmilləşdirilmiş sınaqların tətbiqinə başlanılıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) Laborator-sınaq şöbəsinin Neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyasında qaz xromatoqrafiyası üsulu ilə təbii qaz və digər qaz komponentlərinin sınaqları təkmilləşdirilib və yeni metodların tətbiqinə başlanılıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə AZSTANDART məlumat yayıb.

Bildirilib ki, müasir dövrdə qaz xromatoqrafiyası üsulu dünya təcrübəsində perspektivli metod kimi maddələrin bölünməsi və analizində geniş tətbiq olunur. Bu üsulun digər fiziki-kimyəvi analiz metodları ilə müqayisədə üstünlüyü, onun ekspress üsul hesab olunmasıdır, yəni nəticələrin sürətli şəkildə əldə edilməsidir.

Bizimlə əlaqə saxlayın