Braziliyada yaşanan soyuqlar qəhvənin bahalaşmasına səbəb olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
avq
2024
01:00
0
0
1 188

Braziliyada yaşanan soyuqlar qəhvənin bahalaşmasına səbəb olub

13 avq, 2024
01:00
1 188

Braziliyada yaşanan soyuqlar qəhvənin bahalaşmasına səbəb olub

Nyu-York birjalarında keçirilən hərraclarda Arabica qəhvəsinin qiyməti Braziliyada soyuq hava ilə əlaqədar kəskin artıb və iyulun əvvəlindən bəri ən yüksək səviyyəyə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Qeyd olunub ki, minimal şaxta birjada qəhvə tədarükü ilə bağlı narahatlıqları tətikləmək üçün kifayət olduğundan, Arabica fyuçersləri kəskin şəkildə - 7% bahalaşıb.

Ötən həftə sonu Braziliyanın qəhvə plantasiyalarının ərazilərində şaxtalar qeydə alınıb və havanın daha da soyuyacağı gözlənilir. Minas-Gerais və San-Paulo ştatlarında da aşağı temperatur gözlənilir ki, bu da qəhvə məhsuluna zərər verə bilər.

Bizimlə əlaqə saxlayın