Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 1,3 milyard dolları ötüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
iy
2026
19:00
ff

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 1,3 milyard dolları ötüb

04 iy, 2026
19:00
167

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 1,3 milyard dolları ötüb

Bu ilin yanvar-may aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard 366 milyon 745 min ABŞ dolları təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,7 % azdır.

Hesabat dövründə Rusiya ilə ticarət ümumi dövriyyənin 6,5 %-i qədər olub.

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.

Bizimlə əlaqə saxlayın

×
×