Nəzəriyyədən təcrübəyə: Mingəçevir Dövlət Universitetindən turizmdə yeni memorandum
- 13-08-2025, 18:00
- İqtisadiyyat / Biznes
- 0
- 912
Bu gün Mingəçevir Dövlət Universiteti (MDU) ilə “Qafqaz-Qəbələ” MMC arasında turizm sahəsində ixtisaslı və peşəkar kadrların hazırlanmasına dair əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Sənədi MDU-nun rektoru Anar Eminov və “Qafqaz-Qəbələ”nin direktoru Şəbnəm Süleymanova imzalayıblar.
Memorandum Turizm işinin təşkili, Turizm bələdçiliyi, Turizm və hotelçilik ixtisasları üzrə təhsil alan tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla birləşdirərək əmək bazarına uyğun rəqabətqabiliyyətli kadrlar yetişdirilməsini, regionun turizm və qonaqlama sektorunda elmi-tədqiqat və innovativ yanaşmaların təşviqini hədəfləyir.
Buna uyğun olaraq rektor A.Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Qəbələ şəhərində yerləşən Tufandağ Hoteldə olub. Ziyarət çərçivəsində keçirilən dəyirmi masa görüşündə tərəflər birgə əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.
Görüşdə tələbələr üçün hotellərdə və digər turizm obyektlərində təcrübə proqramlarının təşkili, otelçilik sahəsində fəaliyyət göstərən mütəxəssislərin universitetdə qonaq müəllim kimi çıxış etməsi, elmi-tədqiqat layihələrinin icrası, yeni xidmət texnologiyalarının tətbiqi üzrə təlimlər, regionun sosial-iqtisadi, o cümlədən turizm potensialının inkişafına yönəlmiş təşəbbüslərdə birgə iştirak məsələləri diqqət mərkəzində olub.
Rektor bildirib ki, bu əməkdaşlıq tələbələrə nəzəri biliklərini real iş mühitində tətbiq etmək, turizm sektorunun tələblərinə uyğun peşəkar bacarıqlar qazanmaq imkanı yaradacaq. MDU olaraq əsas məqsədin məzunların əmək bazarında rəqabətqabiliyyətli kadr kimi yetişdirilməsi olduğunu qeyd edən rektor “Qafqaz-Qəbələ” ilə qurulan bu əməkdaşlıq tələbələrimiz üçün geniş praktiki təcrübə imkanları yaradacağına inandığını, onların gələcək karyeralarına mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Ş.Süleymanova isə MDU ilə qurulan əməkdaşlığın regionun turizm potensialından səmərəli istifadə, ixtisaslı kadrların hazırlanması və xidmət keyfiyyətinin artırılması baxımından uğurlu addım kimi qiymətləndirib. O, Peşəkar kadrların yetişdirilməsinə strateji məsələ kimi baxan direktor MDU ilə əməkdaşlığın həm tələbələrə təcrübə imkanı yaradacağını, həm də turizm sektorunda yeni, yaradıcı və bacarıqlı mütəxəssislərin qazanılmasında müstəsna rol oynayacağını bildirib.
Sonra, “Qafqaz Riverside Hotel”in maddi-texniki bazası, xidməti imkanları ilə tanış olunub.
Memoranduma əsasən tərəflər təhsil, təcrübə, elmi-tədqiqat, innovasiya və insan resurslarının inkişafı sahələrində əməkdaşlıq edəcək, birgə seminar, konfrans və karyera tədbirləri təşkil olunacaq. Əməkdaşlığın icrası üçün birgə Koordinasiya Komissiyası yaradılacaq. Turizm işinin təşkili, Turizm bələdçiliyi, Turizm və hotelçilik ixtisaslarında təhsil alan tələbələrin “Qafqaz-Qəbələ”yə məxsus hotel və digər turizm müəssisələrində istehsalat təcrübəsi keçməsi təmin ediləcək.


width="220" alt="Azərbaycan və Albaniya turizm sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən ediblər" />
width="220" alt="Azərbaycan Albaniya ilə turizm əməkdaşlığına dair Anlaşma Memorandumu imzalayıb" />
width="220" alt="TDT-yə üzv dövlətlər turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />