Azərbaycan və ABŞ ticarət əlaqələrini genişləndirəcək alətlərin tətbiqini müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan və ABŞ ticarət əlaqələrini genişləndirəcək alətlərin tətbiqini müzakirə edib


Azərbaycan və ABŞ arasında ticarət əlaqələrinin genişləndirilməsini dəstəkləyən alətlərin tətbiqi müzakirə edilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində hesabında bildirib.

"Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə birlikdə ABŞ-nin İxrac və İdxal Bankının (EXIM Bank) prezidenti və sədrinin baş müşaviri Dan Neqreanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük. Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı və şaxələndirilməsi sahəsində əldə olunan nailiyyətləri vurğuladıq. Ölkə iqtisadiyyatında yüksək əlavə dəyər yaradan sahələrin inkişafı və xarici tərəfdaşlarla əlaqələrin möhkəmləndirilməsi üçün açılan yeni perspektivləri qeyd etdik. Azərbaycan və ABŞ arasında ticarət əlaqələrinin genişləndirilməsini dəstəkləyən alətlərin tətbiqi imkanları və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində gələcək addımlar barədə fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan "SpaceX"lə əməkdaşlıq perspektivlərini müzakirə edib
Azərbaycan səfiri Əfqanıstanın iqtisadiyyat naziri əvəzi ilə ticarət və tranziti müzakirə edib
Azərbaycan “TotalEnergies” ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Şuşada Azərbaycan–BƏƏ Hökumətlərarası Komissiyasının 9-cu iclası keçirilib
Azərbaycan Pakistanla işgüzar dairələr arasında əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər