Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov: "Universitet-sənaye əməkdaşlığında yeni bir dövr başlayır!"
- 8-08-2025, 12:00
- İqtisadiyyat / Biznes
- 0
- 1 186
Oktyabrın 24-də Mingəçevir Dövlət Universititeti (MDU), “HBN Group” və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) birgə təşkilatçılığı ilə Mingəçevir şəhərində Azərbaycanın regionlarını əhatə edən və universitet-sənaye əməkdaşlığını təşviq edən ilk genişmiqyaslı platforma olan Regional Universitet–Sənaye Birliyi Sammiti (Careerhub) keçiriləcək.
"Regiondan Qlobala" konsepti ilə keçirilməsi planlaşdırılan tədbir Azərbaycanın müxtəlif regionlarından və digər ölkələrdən gələn müəssisə və təşkilatları bir araya gətirərək, universitet-sənaye əməkdaşlığının genişləndirilməsini və gənclərə yeni iş və təcrübə imkanlarının yaradılmasını hədəfləyir.
Tədbirin məqsədi, universitetlər və sənaye nümayəndələri arasında güclü bir körpü qurmaq, regionlarda insan kapitalını inkişaf etdirmək və gənclərə gələcəyin peşəkar dünyasına birbaşa daxil olmaq üçün şərait yaratmaqdır. Sammit, gənclərin real iş imkanları ilə tanış olmalarını və onların iş həyatına hazırlıqlı şəkildə başlamalarını təmin etməyi məqsəd qoyur.
Tədbir müxtəlif sektorlardan nümayəndələrin bir araya gəlməsi ilə ziyarətçilərə geniş imkanlar təqdim edəcək. Karyera sərgisində böyük şirkətlər və dövlət qurumları iştirak edəcək, iştirakçılar isə müxtəlif iş və təcrübə imkanları ilə tanış olacaqlar. Gənc təşəbbüskarlar üçün isə startap təqdimatları təşkil ediləcək, bu da onlara öz ideyalarını təqdim etmək və potensial investorlarla əlaqə qurmaq imkanı verəcək. Tədbirdə sahə mütəxəssislərinin iştirakı ilə panel müzakirələri keçiriləcək, burada təhsil və sənaye sahələrindəki yeni trendlər müzakirə olunacaq. Son olaraq, müxtəlif sahələrdən olan müəssisələr və universitetlər arasında strateji əməkdaşlıq fürsətləri təqdim ediləcək.
Əsasən turzim, istehsalat, enerji və IT yönümlü olmaqla dövlət qurumları, böyük şirkətlər, startap, banklar, texnologiya və sənaye nümayəndələri, ali təhsil və elmi tədqiqat müəssisələri, tələbə və gənclər olmaqla, ümumilikdə 100-dən çox şirkət və müəssisə, 10000-dən çox insanın Sammitdə iştirakı gözlənilir.
Sammitin təşkilində əsas məqsəd gənclərin peşəkar bacarıqlarını artırmaq, iş dünyası ilə tanışlıqlarını dərinləşdirmək və eyni zamanda, universitetlərin tədris fəaliyyətlərini sənaye tələbləri ilə uyğunlaşdırmaqdır. Tədbir iştirakçılarına real vakansiyalar və praktikalar təqdim ediləcək, həmçinin brend tanıtımları və sosial məsuliyyət nümunələri sərgilənəcək.
Bu sammitin keçirilməsi, yalnız yerli gənclər üçün deyil, bütün region üçün böyük bir əhəmiyyət kəsb edir. MDU regionda təhsil və sənaye sahələrinin sintezini təşviq etməklə, Azərbaycanın digər regionları üçün yeni əməkdaşlıq və inkişaf yolları açır.
Ətraflı məlumat üçün saytına daxil ola bilərsiniz.



width="220" alt="Azərbaycan universitetlərinin sənaye gəlirinin zəif olmasının səbəbləri açıqlanıb" />
width="220" alt="Təhsilin İnkişafı Forumu 2024 keçiriləcək!" />
width="220" alt="Türkiyə Ali Təhsil Şurasının sədri: Ortaq universitet bütün türk dünyası üçün nümunə ola bilər" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />