Azərbaycanda I yarımildə haqsız rəqabətə dair müraciətlər 2 dəfəyə yaxın artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda I yarımildə haqsız rəqabətə dair müraciətlər 2 dəfəyə yaxın artıb


Bu ilin I yarısında Azərbaycanda bazar subyektlərinin haqsız rəqabət hallarına yol verməsi ilə bağlı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 131 müraciət daxil olub.

Bu barədə “Report” agentliyə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 70 % və yaxud 2 dəfəyə yaxın çoxdur.

"Bazar iqtisadiyyatının dayanıqlı inkişafı üçün ədalətli #rəqabət mühitinin formalaşması əsas şərtlərdəndir. Bu mühitin qorunması sahibkarlıq subyektlərinin öz fəaliyyətlərində qanunvericiliyin tələblərinə əməl etməsi və nəzarət mexanizmlərinin səmərəliliyi ilə mümkün olur", - deyə məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Azərbaycanda I rübdə haqsız rəqabətə dair müraciətlər 48% artıb
Azərbaycanda haqsız rəqabətə dair müraciətlər 70 % azalıb
Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 3 dəfəyə yaxın artıb
Dövlət Agentliyi: Təbii inhisar subyektləri ilə bağlı təmin olunmuş müraciətlərin sayı 5 dəfə artıb
Dövlət Agentliyi: Təbii inhisar subyektləri ilə bağlı təmin olunmuş müraciətlərin sayı 4 dəfə artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər