Xarici ölkədə verilmiş akkreditasiya sənədinin təqdim edilmə müddəti artırılıb
Nazirlər Kabineti 30 may 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici ölkənin uyğunluğu qiymətləndirən qurumunun Azərbaycan Respublikasının ərazisində uyğunluğu qiymətləndirmə fəaliyyətini razılaşdırma Qaydası”nda dəyiliklik edib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra uyğunluğu qiymətləndirən quruma xarici ölkədə verilmiş akkreditasiya sənədinin qüvvədə olduğu halda fəaliyyətin razılaşdırılması haqqında qərar qəbul ediləcək və fəaliyyətin razılaşdırılması haqqında attestat tərtib edilərək 2 iş günü müddətində müraciət etmiş quruma təqdim olunacaq.
Bundan başqa, uyğunluğu qiymətləndirən quruma xarici ölkədə verilmiş akkreditasiya sənədinin qüvvədə olmaması müəyyən edildikdə, fəaliyyətin razılaşdırılmasından imtina haqqında qərar qəbul ediləcək və qərarın surəti 2 iş günü müddətində müraciət etmiş quruma göndəriləcək.
İndiyə qədər həmin müddətlər 1 gün idi.
Oxşar xəbərlər
Azərbaycanda 7 ayda uyğunluğu qiymətləndirən 32 qurum akkreditasiya edilib
Azərbaycanda 5 ayda uyğunluğu qiymətləndirən 78 qurum akkreditasiya edilib
Azərbaycanda “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” dəyişib
Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qaydaya dəyişiklik olunub
“Dərman vasitələrinin humanitar məqsədlər üçün idxalı Qaydası” dəyişib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













