Azərbaycanda bu il aktiv ƏDV ödəyicilərinin sayı 6 %-ə yaxın artıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
avq
2025
12:00

Azərbaycanda bu il aktiv ƏDV ödəyicilərinin sayı 6 %-ə yaxın artıb

06 avq, 2025
12:00
312

Azərbaycanda bu il aktiv ƏDV ödəyicilərinin sayı 6 %-ə yaxın artıb

Bu il avqustun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,1 % artaraq 823,9 min olub.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 7 ay ərzində aktiv ƏDV ödəyicilərinin sayı 5,8 % artaraq 55,8 minə, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4,3 % artaraq 226,8 minə çatıb.

Həmin tarixə uçotda olan yeni nəsil nəzarət-kassa aparatlarının sayı 111,8 min, qeydiyyatda olan POS-terminalların sayı 140,7 min təşkil edib.

Bizimlə əlaqə saxlayın