Göygöldə “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək
Göygöl rayonunun Xan Yaylağında keçiriləcək 4-cü Milli Yaylaq Festivalı çərçivəsində “KOB FEST” sərgi-satış yarmarkası təşkil olunacaq.
“Sizinxeber.az” bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Yarmarka 15-17 avqust tarixlərində fəaliyyət göstərəcək.
Sərgi-satış yarmarkasında məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektləri, yaradıcı şəxslər və sənətkarlar avqustun 12-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB FEST – Göygöl” qeyd olunmalıdır). Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur.
“KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına tanıdılması və satışına dəstək olmaq, istehlakçıları KOB-ların məhsul və xidmətlərindən istifadəyə təşviq etməklə kiçik sahibkarların inkişafını dəstəkləməkdir. Yarmarka həmçinin, sənətkarların satış imkanlarını artırmağı, istehsalçıları və istehlakçıları bir platformada görüşdürməyi, KOB-lar və təchizatçı şirkətlər arasında işgüzar əlaqələrin qurulmasını hədəfləyir.
Oxşar xəbərlər
Masallıda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək
Gəncədə “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək
Zaqatalada “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək
Xaçmazda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək
Azərbaycanda növbəti “KOB FEST” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident İlham Əliyevin doğum günüdür
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı












