Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclasına hazırlıq məsələləri müzakirə olunub
Bu ilin sentyabr ayında Budapeştdə Azərbaycan-Macarıstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq üzrə birgə Komissiyanın 11-ci iclası keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə maliyyə naziri, Komissiyanın həmsədri Sahil Babayevin Macarıstanın ölkədəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanı ilə keçirdiyi görüşdə bildirilib. Görüş zamanı Komissiyanın iclasına hazırlıq məsələləri müzakirə olunub.
S. Babayev Komissiyanın növbəti iclasının Azərbaycan və Macarıstan arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, xüsusilə iki ölkənin ticarət, biznes və investisiya, energetika, əmək, məşğulluq və sosial müdafiə, elm və təhsil, səhiyyə, mədəniyyət, turizm, qida təhlükəsizliyi, şəhərsalma, su ehtiyatlarının idarə edilməsi, diaspora və digər sahələrdə genişləndirilməsi baxımından məhsuldar olacağına əminliyini ifadə edib.
Səfir Macarıstanın Azərbaycanla dostluq münasibətlərinə əsaslanan strateji tərəfdaşlığını vurğulayıb, ölkələr arasında əlaqələrin daim genişlənməkdə olduğunu qeyd edib.
Görüşdə Azərbaycan və Macarıstan arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, bu xüsusda iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın ölkələr arasında əməkdaşlığın dərinləşməsinə verdiyi töhfə qeyd olunub. Eyni zamanda, beynəlxalq təşkilatlar və tədbirlər çərçivəsində ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyindən məmnunluq ifadə olunub.
Oxşar xəbərlər
Azərbaycan-Yaponiya ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
Macarıstan səfiri: Hökumətlərarası Komissiyanın 11-ci iclası Azərbaycanla əməkdaşlığı daha da gücləndirəcək
Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının 3-cü iclası keçirilir
Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyası üç illik fasilədən sonra fəaliyyətini bərpa edib
Əli Əsədov Moldova Baş nazirinin müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Prezident İlham Əliyevin doğum günüdür
-
Emin Ağalarov Prezident İlham Əliyevin doğum günü ilə əlaqədar paylaşım edib












