“Orta Dəhliz” kitabı Rumıniyada nəşr edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) İnstitutunun əməkdaşlığı ilə ərsəyə gələn “Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” (The Middle Corridor: Navigating Current Realities and Embracing Future Prospects) kitabı Rumıniyada .
"Sizinxeber.az" bu barədə İİTKM-ya istinadən xəbər verir.
Məlumata görə, 10 ölkədən (Azərbaycan, Türkiyə, Qazaxıstan, Çin, Böyük Britaniya, Serbiya, Pakistan, Avstriya, İspaniya və Meksika) 22 alimin yazdığı kitabı Avropanın nüfuzlu elmi nəşriyyatı olan Tırqu Mureş Universitet Nəşriyyatı (University Press Târgu Mureş) ingilis dilində çap edib.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlının elmi redaktorluğu ilə yazılan kitabda Orta Dəhlizin strateji əhəmiyyəti, inkişaf dinamikası və perspektivləri üzrə dərin təhlillər aparılıb. Müəlliflər tərəfindən dəhliz boyunca yerləşən ölkələr üçün iqtisadi təsirlər, daha çevik və səmərəli nəqliyyat idarəetmə strategiyaları, logistika sahəsində rəqəmsal texnologiyaların və innovativ yanaşmaların tətbiqi araşdırılıb, potensialın artırılması üçün müvafiq elmi-konseptual təkliflər verilib.
“Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” kitabı nəqliyyat, logistika və iqtisadiyyat sahələrində çalışan mütəxəssislər, tələbələr, tədqiqatçılar, həmçinin özəl sektor nümayəndələri, investorlar və aidiyyəti dövlət qurumları üçün dəyərli mənbədir.
Oxşar xəbərlər
Bakıda Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb
İİTKM bir neçə vəzifə üzrə vakansiya elan edib
Vüsal Qasımlı: “Qlobal halal iqtisadiyyatın həcmi 2030-cu ilə qədər 5 trilyon dollara çatacaq”
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi auditor seçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













