Naxçıvanda vergi ödəyicilərinin sayı artıb
sizinxeber.az xəbər saytı

Naxçıvanda vergi ödəyicilərinin sayı artıb


Bu il iyulun 1-nə Naxçıvan Muxtar Respublikasında 52 205 vergi ödəyicisi olub.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sosial şəbəkə hesablarında bildirib.

Onun sözlərinə görə, bunun 2 832-si hüquqi, 49 373-ü isə fiziki şəxslərdir. Son 1 ildə hüquqi şəxslərin sayı 4,1 %, fiziki şəxslərin sayı isə 3,5 artıb.

"Ümumilikdə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin sayında sabit artım tendensiyası müşahidə olunur. Bu artım regionda sahibkarlığın və iqtisadi fəallığın genişlənməsini, eyni zamanda vergi uçotunun təkmilləşdirilməsi istiqamətində aparılan işlərin effektivliyini əks etdirir", - deyə F.Nəcəfli qeyd edib.

Oxşar xəbərlər

Naxçıvanda POS-terminalların sayı 21 % artıb
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı bu il 33 %-ə yaxın artıb
Azərbaycanda vergi ödəyicilərinin sayı 6 % artıb
Naxçıvanda yeni qeydiyyata alınan vergi ödəyicilərinin sayı 23 %-ə yaxın artıb
Naxçıvanda 9 ayda 5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər