Azərbaycanda daha 232 nəqliyyat vasitəsi hərraca çıxarılır
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti avqustun 1, 5 və 7-də dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti dəfə hərraclar keçiləcək.
"Sizinxeber.az" bu barədə quruma istinadən xəbir.
Məlumata görə, 1-ci hərraca texnika və 16 lot üzrə 97 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 1980-2012-ci illəri əhatə edir.
2-ci hərraca Şəki şəhərində yerləşən əmlak kompleksi və 18 lot üzrə 79 nəqliyyat vasitəsi çıxarılacaq. Əmlak kompleksinin ümumi faydalı sahəsi 14 900 kvadratmetr, torpaq sahəsi 85 368 kvadratmetrdir. Avtomobillərin buraxılış tarixləri 1986-2018-ci illəri əhatə edir.
3-cü hərraca 56 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 2001-2013-cü illəri əhatə edir.
Beləliklə, Azərbaycanda daha 232 nəqliyyat vasitəsi hərraca çıxarılır.
Hərraca çıxarılan əmlakların siyahısı ilə linki vasitəsilə tanış olmaq mümkündür. Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.
Oxşar xəbərlər
Azərbaycanda daha 76 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
Azərbaycanda daha 82 nəqliyyat vasitəsi hərraclara çıxarılacaq
Ucuz maşınlar satışda!
Əmlak Məsələləri Dövlət Xidməti növbəti hərracları elan edib
Azərbaycanda daha 29 dövlət əmlakı hərraca çıxarılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













