Azərbaycan gömrüyündə bəyanetmə zamanı yaranan çətinliklər müzakirə edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
iy
2024
17:00

Azərbaycan gömrüyündə bəyanetmə zamanı yaranan çətinliklər müzakirə edilib

29 iy, 2024
17:00
652

Azərbaycan gömrüyündə bəyanetmə zamanı yaranan çətinliklər müzakirə edilib

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində gömrük təmsilçiləri ilə görüş keçirilib.

"Sizinxeber.az" Komitəyə istinadən xəbər verir ki, görüşdə qurumun müvafiq struktur bölmələrinin, Bakı Baş Gömrük İdarəsinin əməkdaşları və 60-dan çox gömrük təmsilçiləri iştirak ediblər.

Yeni layihələrin ərsəyə gəlməsində keçirilən bu kimi görüşlərin əhəmiyyətini vurğulayan Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov gömrük xidməti tərəfindən həyata keçirilən yeni layihələr sayəsində gömrük rəsmiləşdirilməsinin daha da sadələşdirilməsi, gömrük bəyannaməsinin doldurulması prosesinin təkmilləşdirilməsi, rəqəmsal həllərin tətbiqi hesabına sahibkarlara vaxt və vəsaitə qənaət etmək baxımından əlavə imkanlar yaradıldığını bildirib. Eyni zamanda, sözügedən görüşdə gömrük sistemində tətbiq edilən yeniliklər və təkmilləşdirmələr barədə gömrük təmsilçiləri məlumatlandırılıb.

Görüşdə, gömrük təmsilçiləri tərəfindən bəyanetmə zamanı yaranan çətinliklər müzakirə edilib, səsləndirilən təklif və rəylər dinlənib, onların sualları ətraflı cavablandırılıb.

Bizimlə əlaqə saxlayın