Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitə aşkar edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
iy
2025
16:00

Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitə aşkar edib

22 iy, 2025
16:00
408

Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitə aşkar edib

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

"Sizinxeber.az" bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, “Cənub-Astara” gömrük postunda Azərbaycandan tranzit keçməklə İrandan Rusiyaya “kələm” yükü aparan nəqliyyat vasitəsinə rentgen qurğusunda baxış keçirilib. Daha sonra nəqliyyat vasitəsindəki yükə kinoloji xidmət iti vasitəsilə gömrük yoxlaması tətbiq olunub.

Yoxlama zamanı yükün içərisindən falqaya bükülmüş şəkildə, fiziki görünüşcə kələm formasına salınan və gömrük nəzarətindən gizlədilən 139 ədəd bağlamadan qablaşdırma ilə birgə ümumi çəkisi 39 kq 895 qram narkotik vasitə - marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın