Azərbaycan alkoqollu içkilərin idxalı ilə bağlı xərclərini 23 % artırıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
iy
2025
17:00
0
0
2 094
ff

Azərbaycan alkoqollu içkilərin idxalı ilə bağlı xərclərini 23 % artırıb

19 iy, 2025
17:00
2 094

Azərbaycan alkoqollu içkilərin idxalı ilə bağlı xərclərini 23 % artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 55,493 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edib.

"Sizinxeber.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,9 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 31,273 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 5,4 % azdır.

Alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,48 %-ni, ixrac isə ölkənin ümumi ixracının 0,24 %-ni təşkil edib.

Xatırladaq ki, I yarımildə Azərbaycan xarici ölkələrlə 24 milyard 400 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,1 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 12 milyard 878 milyon ABŞ dolları ixracın, 11 milyard 522 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2 % az, idxal isə 29,9 % artıb.

Bizimlə əlaqə saxlayın

×
×